Dünya

81 min kadr və dörd günlük zəhmət: Ayın ən təfərrüatlı FOTOsu çəkildi

6 Sentyabr 2024 05:05
Baxış: 3 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqlı astrofotoqraf Dariy Kava Mirza Ayın indiyədək çəkilmiş ən təfərrüatlı şəklini hazırlayıb.

Milli.Az bildirir ki, oxu.az-ın verdiyi məlumata görə, möhtəşəm fotoşəkil və onun fraqmentləri fotoqrafın sosial şəbəkə hesabından paylaşılıb.

Ümumi şəkli əldə etmək üçün Mirzaya dörd gün ərzində fasiləsiz müşahidə və çəkiliş aparmaq lazım gəlib. Nəticədə, 708 giqabayt həcmində və 81 000-dən çox kadrdan ibarət fotosu yaranıb. Yerin təbii peykinin dörd fərqli fazasının birləşdirilməsi və kölgə ərazilərinin ümumiləşdirilməsi sayəsində Ay səthinin maraqlı relyefi aşkar edilib.

Yaradılmış şəklin ümumi görüntüsü 159.7 meqapiksel təşkil edir. Bu, Ayın indiyədək çəkilmiş ən yüksək keyfiyyətli və həcmli şəkli hesab olunur.

Qeyd edək ki, bu fotoşəkildə süni intellektdən istifadə olunmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.