Dünya

"ABŞ sürətlə müflisləşməyə yaxınlaşır"

31 Avqust 2024 22:30
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlon Mask hesab edir ki, yaxın gələcəkdə Birləşmiş Ştatlar müflisləşə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Dövlət xərclərinin mövcud göstəriciləri ilə ABŞ sürətlə müflisləşməyə doğru gedir. Hökumətin həddindən artıq xərcləməsi inflyasiyanı təhrik edir", - deyə Mask "X" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, 29 iyulda ABŞ Maliyyə Nazirliyi bildirdi ki, dövlət borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dollar həddini keçib. Konqresin büdcə idarəsinin proqnozlarına görə, 2034-cü ildə bu rəqəm 50 trilyon dollardan çox və ya ÜDM-in 122%-dən çox olacaq. İdarənin qiymətləndirmələrinə görə, 2029-2034-cü illərdə ABŞ ÜDM-nin orta illik artımı 1.8% təşkil edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.