Dünya

Narkotik satan polis kapitanı saxlanıldı

30 Avqust 2024 22:08
Baxış: 1 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis kapitanı saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Tverskaya rayon Daxili İşlər İdarəsinin 39 yaşlı müstəntiqi Kokoşkino kəndində dostuna 0,8 qram həşiş satmaqda təqsirli bilinib.

Onun mənzilinə baxış zamanı daha 21,9 qram eyni maddə götürülüb. Şübhəli saxlanılıb.

Onun analıq məzuniyyətində olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, kapitanın günahı sübuta yetirilərsə, o, işdən uzaqlaşdırılacaq və onun bilavasitə rəhbərləri isə intizam məsuliyyətinə cəlb olunacaqlar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.