Dünya

Bu virus Rusiyanı cənginə aldı: 22 bölgədə yoluxanlar var

29 Avqust 2024 11:15
Baxış: 1 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Qərbi Nil virusuna yoluxma göstəricisi uzunmüddətli orta göstəricidən 13% daha yüksəkdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Rospotrebnadzor"un (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mətbuat Xidmətindən məlumat verilib.

"Bugünkü günə yoluxma göstəricisi 100 min əhaliyə 0,08 təşkil edir ki, bu da uzunmüddətli orta göstəricidən 13% yüksəkdir. Xəstəliyin aşkarlanmasının artmasında mühüm amil keçən ildən bəri monitorinq tədqiqatları baxımından işlərin xeyli gücləndirilməsidir", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Qərbi Nil qızdırması Rusiyanın 22 regionunda qeydə alınıb. Xroniki xəstəlikləri olan insanlar və yaşlılar risk altındadırlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.