Dünya

Kişi iki dəfə qəzaya düşdü: Biri öz, biri daşındığı təcili yardım maşınında - VİDEO

28 Avqust 2024 13:07
Baxış: 2 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bişkekdə (Qırğızıstan) bir kişi qısa müddətdə iki dəfə qəzaya düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Təcili Yardım Mərkəzinə məlumat verilib.

Bokonbayev və Abdrahmanov küçələrinin kəsişməsində baş verən qəza zamanı xəsarət alan sürücünü ağır qanaxma ilə təcili yardım maşınında xəstəxanaya aparan zaman Manasa və Axunbəyov küçələrinin kəsişməsində daha bir qəzaya düşüb.

Təcili yardım maşınının uğradığı qəzada həkim, feldşer və maşının sürücüsü də xəsarət alıblar. Onlar müxtəlif bədən xəsarətləri, o cümlədən beyin silkələnməsi ilə xəstəxanaya çatdırılıblar.

Səhiyyə naziri Alımkadır Beyşənəliyev qəza yerinə baş çəkib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.