Dünya

Çin öz vətəndaşlarını Livandan çıxmağa çağırdı

22 Avqust 2024 14:57
Baxış: 616
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çin öz vətəndaşlarına Livanı mümkün qədər tez tərk etmələrini bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The China Global South Project" məlumat yayıb.

Çinin Beyrutdakı səfirliyi Livandakı, xüsusən də ölkənin cənubundakı "mürəkkəb təhlükəsizlik vəziyyətini" əsas gətirərək, öz vətəndaşlarını "kommersiya uçuşları hələ də mövcud olduğu halda" mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.

Qeyd edək ki, müxtəlif ölkələr Livandakı vətəndaşlarını son həftələrdə İsraillə sərhəddə gərginliyin artması ilə əlaqədar təxliyə etməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.