Dünya

Ölkənin səmasında dəhşət yaşandı: 31 min dəfə ildırım çaxdı

20 Avqust 2024 18:50
Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın qərb bölgəsində davam edən əlverişsiz hava şəraitinə görə, 31 min dəfə ildırım çaxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Yunanıstan Meteorologiya İdarəsi məlumat verib.

Bildirilib ki, ildırım çaxması kimi müşahidə olunan elektrik boşalması xüsusilə qərb rayonlarında intensiv yağış və dolu ilə müşayiət olunub.

Meteorologiya Departamenti sentyabr ayında ölkədə havanın temperaturunun mövsümi normadan yüksək olacağı ilə bağlı proqnoz verib.

Departamentin məlumatına görə, iyul ayında 16 gün davam edən həddindən artıq istilər 1980-ci ildən bəri ən uzun istilik dalğası olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.