Dünya

ABŞ qoşunlarını İraqdan çıxarır? - Rəsmi açıqlama

15 Avqust 2024 07:13
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.

"Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik. Bununla belə, biz ikitərəfli təhlükəsizlik tərəfdaşlığı adlandıracağımız məsələyə keçidi müzakirə edirik", - deyə o bildirib.

Onun sözlərinə görə, söhbət əvvəlki ikitərəfli strateji müzakirələrin inkişaf mərhələsində olan prosesdən gedir.

Qeyd edək ki, "Tasnim" İraqın xarici işlər nazirinin gələn ay ABŞ qüvvələrinin ölkədən çıxarılması ilə bağlı rəsmi açıqlama vermək üçün Vaşinqtona gedəcəyi haqda məlumat yaymışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.