Dünya

Rus senator keçmiş şərikinin buna görə qətlini sifariş edib

5 Avqust 2024 06:31
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiya Şurasının senatoru Dmitri Savelyevin həbsinin detalları haqda məlumat yayılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, TASS senator Savelyevin keçmiş biznes ortağı Sergey İonovun qətlinə görə həbs edildiyini bildirib.

Məlumata görə, İonov "Optomonitorinq" şirkətindən 1,6 milyon rubl mənimsəməkdə ittiham edilib və 2,5 il cəza alıb. Şirkətin təsisçisi isə Savelyev və oğullarıdır.

İonov dəymiş ziyanı qismən ödəyib. Buna baxmayaraq, Savelyev onu bağışlamayıb və türmədə öldürtmək qərarına gəlib. Senator onun qətli üçün 10 milyon rubl ödəyib - bu məbləğ İonovun mənimsədiyi məbləğdən (nəzərə alsaq ki, o, mənimsədiyi vəsaitin bir hissəsini qaytarıb) 10 dəfə çoxdur.

Qeyd edək ki, Savelyev həbs edilib və onun adı Rusiya Federasiyasının hakim Vahid Rusiya Partiyasının saytından silinib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.