İsrailin müdafiə naziri Yoav Qallant ordu komandanlığı və təhlükəsizlik xidmətlərinin rəhbərliyi ilə İranın mümkün hücumu zamanı tədbirləri müzakirə etmək üçün görüş keçirib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Müdafiə naziri Qallant hazırda İran və onun müvəkkillərinin İsrailə hücum cəhdi halında görülə biləcək tədbirləri müzakirə etmək üçün təhlükəsizlik iclası keçirir", - deyə məlumatda bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun