Dünya

Ankara və Moskva arasında Suriya üzrə məsləhətləşmələr aparılıb

3 Avqust 2024 22:13
Baxış: 1 055
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşərək məsləhətləşmələr aparıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

"Nazir müavinimiz Nuh Yılmaz Rusiya Federasiyası Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb. Müvafiq qurumların nümayəndələrinin də iştirak etdikləri görüşdə Suriya mövzusunda məsləhətləşmələr aparılıb", - XİN-in sosial şəbəkə hesabında qeyd olunub.

Tərəflər arasında görüş paytaxt Ankarada baş tutub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.