Dünya

“SpaceX” şirkəti yük gəmisinin kosmosa buraxılmasını təxirə salıb

3 Avqust 2024 20:39
Baxış: 2 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "SpaceX" şirkəti Beynəlxalq Kosmik Stansiyada (BKS) ehtiyatları artırmalı olan "Cygnus" yük gəmisi ilə birlikdə "Falcon 9" daşıyıcı raketinin buraxılışını əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin "X"-dəki səhifəsində dərc olunmuş məlumatda deyilir.

Qeyd olunur ki, buraxılış şənbə günü ABŞ-ın Şərqi Sahil vaxtı ilə saat 11:29-da Kanaveral burnundakı (Florida) kosmodromdan baş tutmalı idi.

"SpaceX" Əlverişsiz hava şəraiti ilə əlaqədar "Cygnus" yük gəmisinin buraxılışını bir gün təxirə salıb", - deyə məlumatda deyilir. Buraxılışın bazar günü baş tutması gözlənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.