Dünya

Maşını partladıb Bodruma qaçmışdı, belə qaytarıldı - VİDEO

26 İyul 2024 10:13
Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Moskvanın şimalında hərbçinin avtomobilini partlatmaqda şübhəli bilinən Yevgeni Serebryakov adlı rusiyalı Bodrumda saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Serebryakov Türkiyədən Rusiyaya aparılıb.

Onun barəsində qətlə cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi başladılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə isə, həmin şəxs hadisəni Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirdiyini etiraf edib. Bildirilir ki, o, 2023-cü ilin fevralında öz təşəbbüsü ilə Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə başlayıb. Ona 10 min dollardan 20 min dollara qədər ödəniş, eləcə də Ukrayna vətəndaşlığının verilməsinin vəd edildiyi vurğulanıb. 

Xatırladaq ki, hadisə iyulun 24-də baş verib. Andrey Torqaşov adlı hərbçi avtomobilinə əyləşmək istəyərkən partlayış baş verib. Nəticədə hərbçi və həyat yoldaşı yaralanıb. İnsidentdən sonra Serebryakov Türkiyəyə qaçıb və orada saxlanılıb. Onun oradan Yunanıstana getmək istədiyi ehtimal edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.