Dünya

Tramp: Bayden yarışı tərk etdikdən sonra ölkəni idarə edə bilməz

22 İyul 2024 09:52
Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ prezidenti Co Bayden dövlət başçısı postuna namizəd ola bilməyəcəyi təqdirdə ölkəni idarə edə bilməyəcək."

Milli.Az APA-ya istinadən bildirir ki, bu fikri ABŞ-ın sabiq prezidenti və prezidentliyə namizədi Donald Tramp "Truth" sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

"İndi ölkəmizi kim idarə edir? Bu yaramaz Joe deyil, onun harada (hansı postda) olduğu haqqında heç bir fikri yoxdur. Əgər namizədliyini irəli sürə bilməsə, ölkəmizi də idarə edə bilməyəcək.", - deyə Tramp bildirib.

Qeyd edək ki, iyulun 21-də prezident Co Bayden prezident seçkilərindən çəkildiyini açıqlayıb və bunun partiya və ölkə üçün daha yaxşı olacağına əminliyini ifadə edib. O həmçinin prezidentlik müddətinin sonuna qədər səlahiyyətlərini icra edəcəyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.