Dünya

İngiltərəli azarkeşlər Berlində qəza törətdilər

14 İyul 2024 20:05
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə millisinin azarkeşləri Avro-2024-ün finalında baş tutacaq İspaniya ilə oyun ərəfəsində Berlinin mərkəzində qəza törətdilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, sərxoş azarkeşlər əyləndikləri barın yanında eksponat kimi dayanan köhnə alman avtomobilini itələyərək yolun kənarına yuvarlayıblar.

Azarkeşlərin hərəkəti nəticəsində başqa bir avtomobillə toqquşma baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, Berlindəki Olimpiya stadionunda keçiriləcək İspaniya - İngiltərə qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.