Dünya

Kuleba: 75 il gözləyə bilmərik

13 İyul 2024 14:39
Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukraynanın NATO-ya üzv olması ilə bağlı vəd yerinə yetirilməlidir. Lakin biz bunu qeyd etmək üçün daha 75 il gözləyə bilmərik, bu, yaxın gələcəkdə baş verməlidir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "CNN"in efirində deyib.

"Ukrayna NATO üzvü olacağı zaman çox şad olacağıq və bununla bağlı vəd yerinə yetiriləcək. Son iki gün ərzində bütün səviyyələrdə Ukraynanın NATO-da olacağına dair çox ümidverici siqnallar gördük. Lakin Ukraynanın alyansa üzvlüyünü qeyd etmək üçün daha 75 il gözləyə bilmərik. Bu, tez bir zamanda baş verməlidir. Çünki bu, Avro-Atlantik regionda sabitlik və strateji təhlükəsizliyin təmin edilməsi üçün yeganə yoldur", - deyə ukraynalı nazir qeyd edib. 

Xatırladaq ki, iyulun 9-11-də Vaşinqtonda NATO-nun 75 illik yubileyi ilə bağlı sammit baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.