Dünya

Japarovun qardaşının qalmaqallı kürəkəni saxlanıldı - “Özünə “Krişa” axtarırmış”

10 İyul 2024 20:27
Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğızıstan Prezidenti Sadır Japarovun qardaşının kürəkəni saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Qeyd olunub ki, Aftandil Sabırbekov istintaq təcridxanasına göndərilib.

Bununla bağlı Bişkekin Pervomayski rayon məhkəməsi qərar qəbul edib.

Kürəkən qanunsuz olaraq narkotik, psixotrop maddələr və onların analoqlarını hazırlamaqda (Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 282-ci maddəsi) təqsirləndirilir.

O da bildirilib ki, Aftandil Sabırbekov 2024-cü il avqustun 3-dək istintaq təcridxanasında qalacaq.

Dövlət başçısının mətbuat xidməti isə xəbəri belə şərh edib:

"Təsdiq edirik ki, prezidentin kiçik qardaşı qızının nişanlısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Gənc oğlan qeyri-qanuni fəaliyyətini davam etdirmək üçün hakimiyyətdə olan insanları alətə çevirmək, özünə "Krişa" tapmaq istəyirmiş".

Xatırladaq ki, bir müddət öncə Aftandil Sabırbekov Prezident Sadır Japarovun qardaşı qızına ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus helikopteri evlilik təklifi zamanı istifadəsi ilə gündəmə gəlmişdi.

Prezident Japarov isə qardaşı qızının bu hərəkətinə görə xalqdan üzr istəmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.