Dünya

Orban Pekindən sonra Vaşinqtona getdi

8 İyul 2024 12:02
Baxış: 2 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan Baş naziri Viktor Orban bu gün Çin dövlət başçısı Si Cinpin Pekində görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Macarıstan lideri Pekindən sonra Vaşinqtona yola düşdüyünü bildirib.

Qeyd edək ki, Orban iyulun 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib. İyulun 2-də isə o, Kiyevə səfər edib və burada bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. O, eyni zamanda, iyulun 6-da Şuşada TST liderlərinin sammitində iştirak edib.

-------

00:14

Macarıstan Baş naziri Viktor Orbanın bazar ertəsi Pekinə gedəcəyi gözlənilir.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Macarıstanın 444.hu portalı məlumat yayıb.

Bildirilib ki, hökumət təyyarəsi artıq Budapeşti tərk edib və Pekinə gedir. Ehtimal ki, təyyarədə Orban uçur.

Qeyd edək ki, Orban 5 iyulda Moskvaya qəfil səfər etmiş, oradan isə Şuşaya gəlmişdi. Şuşadan qayıdarkən Orban "gözlənilməz səfərlər" edəcəyinin anonsunu vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.