Dünya

Sabiq prezident dövlət xəzinəsini talamaqda ittiham edilir

7 İyul 2024 17:52
Baxış: 1 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Filippinin sabiq prezidenti Rodriqo Duterte dövlət xəzinəsini talamaqda ittiham edilir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu iddia ilə bağlı keçmiş senator Antonio Trillanes Ədliyyə Nazirliyinə şikayət edib.

Keçmiş senator iddia edir ki, sabiq prezident Rodriqe Duterte və onun müavini milyonlarla dollar dəyərində dövlət infrastrukturu tikinti tenderlərini öz tərəfdarlarına paylayıb və dövlət xəzinəsini talayıb. Antonio Trillanes iddia edib ki, 2007-2018-ci illər arasında ümumi dəyəri 114 milyon dollar olan 100-dən çox tender Dutertenin müavininin ata və qardaşına məxsus iki tikinti şirkətinə verilib. Sözügedən şirkətlərin irimiqyaslı infrastruktur tikintisini həyata keçirmək üçün resurs və ya işçi qüvvəsinin olmadığını müdafiə edən Trillanes Duterteni dövlət xəzinəsini talamaqda ittiham edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.