Dünya

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

7 İyul 2024 10:03
Baxış: 2 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

"Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək", - deyə ABŞ rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməyib:

"Eyni zamanda, Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq".

O, İrandakı seçkilərin "azad və ədalətli keçirilmədiyini" iddia edib:

"Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya öz vətəndaşlarının insan haqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.