Dünya

ABŞ prezidentliyinə namizəddən gündəm yaradan olay - İt əti yedi

4 İyul 2024 14:56
Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidentliyinə namizəd, Donald Tramp və Co Baydenin əsas rəqiblərindən hesab edilən kiçik Robert Kennedinin qızardılmış iti yeyərkən çəkilən fotoları gündəm olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, fotonu "Vanity Fair" nəşri dərc edib.

Nəşrin məlumatına görə, siyasətçi 2023-cü ildə həmin kadrı Asiyaya səyahət edən tanışına göndərib. Fotoda Kennedinin naməlum qadınla iti qızardıb yedikləri əks olunub.

Şəklin metadatası onun 2010-cu ildə çəkildiyini göstərib. "Vanity Fair"in xahişi ilə kadrı yoxlayan baytar siyasətçinin əlində qızardılmış it olduğunu təsdiqləyib. Onun sözlərinə görə, heyvanın döş sümüyünə yapışmayan sonuncu cütü də daxil olmaqla 13 cüt qabırğası var. Bu sinə quruluşu itlər üçün xarakterikdir.

Kennedi isə öz növbəsində itlə deyil, keçi ilə şəkil çəkdirdiyini açıqlayıb. Siyasətçi fotonun 2023-cü ildə Çilidə Futaleufu çayı ilə aşağı enərkən çəkildiyini iddia edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.