Dünya

ABŞ Rusiyanı “daha dərindən” vurmağa icazə verəcək

3 İyul 2024 14:12
Baxış: 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti Rusiya ordusunun hazırkı cəbhəni genişləndirməyə çalışacağı təqdirdə Vaşinqtonun Ukraynaya Rusiya ərazisinə daha böyük məsafədən zərbə endirməsinə icazə verəcəyini istisna etmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen Rusiyanın neçə hava bazasının ATACMS raketlərinin atış mənzilində olması ilə bağlı suala cavabında deyib.

Obrayen eyni zamanda Rusiya Federasiyasının sərhəd ərazilərinə edilən hücumlara görə güc itirdiyini bildirib.

Qeyd edək ki, ATACMS raketlərinin atəş mənzili 300 km-dir. Hazırda ABŞ silahları ilə yalnız sərhəd ərazilərdə Ukraynaya təhlükə yaradan hərbi obyektləri vurmağa icazə verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.