Dünya

Türkiyəni bir yalan qarışdırdı: 474 nəfər saxlanıldı

2 İyul 2024 22:59
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə hüquq-mühafizə orqanları suriyalı miqrantın öz qohumu olan azyaşlıya təcavüzlə bağlı Kayseri şəhərində etiraz aksiyalarında iştirak edən 474 nəfəri saxlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında məlumat yayıb.

"Kayseridə baş verən çirkin hadisədən sonra ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı təxribat xarakterli aksiyalar təşkil olunub. Qanunsuz vasitələrlə həyata keçirilən təxribat xarakterli hərəkətlərdən sonra 474 nəfər saxlanılıb. Müəyyən edilib ki, saxlanılanlardan 285 nəfəri müxtəlif cinayətlərə görə (miqrant qaçaqmalçılığı, sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq, oğurluq, əmlaka ziyan vurma, cinsi təcavüz, dələduzluq, pul saxtalaşdırması, hədə-qorxu, təhqir, şəxsi azadlıqdan məhrum etmə və s.) cinayət məsuliyyətinə cəlb edilib", - Yerliqaya yazıb.

Türkiyə Daxili İşlər Nazirliyi Kayseridə baş verən iğtişaşlarla bağlı sosial şəbəkələrdəki paylaşımların təxminən 37%-nin bot, 70%-nin isə təxribat məqsədi ilə yazıldığını bildirib. 63 sosial media hesabı ilə bağlı araşdırmalara başlanılıb, 10 hesabın sahibləri artıq məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Kayseridə baş verən təcavüzlə bağlı türk sosial şəbəkə istifadəçiləri arasında yayılan məlumatda 6 yaşlı azyaşlının türk olduğu yalanı yayılıb, Suriyada isə təcavüzkarın türk, zərərçəkənin suriyalı uşaq olduğu haqda təxribat paylaşılıb. Nəticədə Kayseridə iğtişaşlar baş verib, Suriyada isə Türkiyə bazasına hücum cəhdi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.