Dünya

Makrona "sürpriz": müxalifət lideri baş nazir olur

1 İyul 2024 07:00
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlkin məlumatlara görə, Fransada parlament seçkilərinin birinci turunda liderlik edən sağçı Milli Birlik Partiyasının lideri Cordan Bardella Nazirlər Kabinetinə rəhbərlik etmək niyyətini təsdiqləyib və iyulun 7-də seçkilərin ikinci turunda partiyasını dəstəkləməyə çağırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Gələn bazar günü seçicilər ölkəni yenidən qurmaq üçün bizə mütləq səs çoxluğu versələr, hamını dinləyən, müxalifətə hörmət edən, dialoqa açıq olan və millətin birliyinə qayğı göstərən bütün fransızların baş naziri olmaq istəyirəm", - o bildirib.

Onun sözlərinə görə, o, respublika prezidenti ilə siyasi birgəyaşayışa hazırdır, konstitusiyaya və dövlət başçısının səlahiyyətlərinə hörmətlə yanaşacaq:

"Bununla belə, öz siyasətimizi həyata keçirməkdə israrlı olacağıq".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.