Dünya

Fransada növbədənkənar parlament seçkiləri keçirilir

30 İyun 2024 11:04
Baxış: 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin birinci turu keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, təxminən 68 milyon 400 min əhalisi olan ölkədə 49,5 milyon fransız seçici 5 il müddətinə onları Milli Məclisdə təmsil edəcək 577 deputatı seçmək üçün səsverməyə gedir.

Səsvermə Fransada yerli vaxtla saat 08.00-da başlayacaq və saat 18.00-da başa çatacaq. Paris kimi böyük şəhərlərdə səsvermə saat 20:00-a qədər davam edəcək.

4 min 9 deputatlığa namizədin mübarizə apardığı seçkinin birinci turunda 12,5 faiz və daha çox səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştirak edə biləcək. Parlamentdə mütləq çoxluğu əldə etmək üçün partiyalar və ya ittifaqlar 289 deputata çatmalıdır.

Tədqiqat şirkətləri seçkilərin təxmini nəticələrini səsvermə bitdikdən sonra verməyə başlasa da, rəsmi nəticələrin daha sonra açıqlanması gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.