Dünya

Boliviyada çevriliş cəhdinə rəhbərlik edən general saxlanılıb - YENİLƏNİB

27 İyun 2024 07:15
Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------
​07:15

Hərbçiləri hökumət binası qarşısındakı meydana aparan boliviyalı general Xuan Xose Zuniqa Baş Prokurorluğun göstərişi ilə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Boliviya televiziyası məlumat yayıb.

Kadrlarda Zuniqa onu maşına mindirən polis əməkdaşlarının müşayiəti ilə Baş Qərargah binasını tərk edib.

-------
00:19

Boliviya hərbçiləri faktiki paytaxt La-Pasda hökumət binasının qarşısındakı meydanı zəbt ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Prezident Luis Arse silahlı qüvvələri demokratiyaya hörmət etməyə çağırıb.

"Biz Boliviya ordusunun bəzi hissələrinin qəribə hərəkətləri barədə məlumat veririk. Demokratiyaya hörmət edilməlidir", - o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.