Dünya

Təhdidlə müharibəyə aparılan rusiyalı şou ulduzu əsir düşdü

24 İyun 2024 20:52
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"16 yaşında hamilə" realiti-şousunun rus versiyasının iştirakçısı Ukraynada əsir düşüb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, jurnalist Vladimir Zolkin "YouTube" kanalında Ukraynaya qarşı müharibəyə cəlb olunmuş məşhurla söhbətini yayıb. "16 yaşında hamilə" şousunun rusiyalı ulduzu Sergey Qoreli maraqlı açıqlama verib.

O, dekabrın əvvəlində Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa "məcbur olduğunu" deyib, bildirib ki, əks halda onu mənzilini əlindən almaqla təhdid ediblər.  

"Mənzilim tam özəlləşdirilməyib, bir neçə arayış çatışmır. Əvvəlcə maşın oğurladığım üçün iki il məcburi əmək cəzası almışam. İlk dəfə imtina etdim, lakin sonradan çağırıb ultimatum verdilər: Ya müqaviləni imzalamalıydım, ya da ailəm mənzildən qovulmalıydı", - o bildirib. 

Ukraynada Rusiya və Belarus Silahlı Qüvvələrinin hərbi qulluqçularının könüllü təslim olması üçün yaradılmış "Mən yaşamaq istəyirəm" dövlət layihəsi mövcuddur. Sergey Qoreli həmin layihəyə könüllü müraciət edənlərdəndir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.