Dünya

Orban: ABŞ Ukraynada dərhal atəşkəs üçün təşəbbüslə çıxış etməlidir

24 İyun 2024 07:50
Baxış: 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, ABŞ Ukraynada dərhal atəşkəs üçün təşəbbüslə çıxış etməlidir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə o, "Funke" media qrupuna verdiyi müsahibədə danışıb.

"Orada heç sülh danışıqlarından da danışmırıq. Bizə hər iki tərəfə, eləcə də Avropaya məqbul olan sülh yolunu tapmaq maqsədilə hərəkət etmək üçün yer verilməlidir. Nəhayət, bu, bizim dinc yaşaya biləcəyimiz yeni Avropa təhlükəsizlik arxitekturasından bəhs edəcək", - Orban bildirib.

Baş nazir bildirib ki, Rusiyanın hərəkətləri beynəlxalq münasibətlərin prinsiplərini pozur.

"Ancaq məni Ukraynanın və ya Rusiyanın maraqları maraqlandırmır, mən ilk növbədə müharibənin dayandırılmasını və atəşkəsin bərqərar olmasını istəyirəm".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.