Dünya

Keyt Middleton bu ölkədə gizli müalicə alırmış

20 İyun 2024 19:00
Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uels Şahzadəsi Keyt Middleton ABŞ-də gizli müalicə olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Life & Style" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Şahzadə Uilyamın həyat yoldaşı bir neçə dəfə Texasın Hyuston şəhəri yaxınlığında görüntülənib.

Onun Texas Universitetinin Xərçəng Mərkəzində müalicə aldığı ehtimal olunur. Lakin Kensinqton sarayının nümayəndəsi məlumatı təkzib edib.

Qeyd edək ki, sözügedən mərkəzdə aktrisa Kelli Preston, futbolçu Terri Bredşou və gitaraçı Eddi Van Halen də müalicə olunub.

Xatırladaq ki, bu ilin martın 22-si Keyt Middleton kimyaterapiya aldığını açıqlayıb. Şahzadə bildirib ki, onda xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb.

Uzun müddətdir ictimaiyyət arasında görünməyən 42 yaşlı Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.