Dünya

NATO bu ölkələrlə əlaqələri gücləndirəcək - Stoltenberq

18 İyun 2024 22:33
Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfəri və Moskvanın bu ölkə, eləcə də Çin və İranla əlaqələrinin inkişafına cavab olaraq NATO Yaponiya, Avstraliya və Cənubi Koreya ilə əlaqələri gücləndirəcək".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.

O, həmçinin vurğulayıb ki, NATO öz təhlükəsizliyini qlobal səviyyədə təmin etmək niyyətindədir:

"Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri bu ölkələr arasında, eləcə də Çin və İranla sıx əlaqələri təsdiqləyir. Bu həm də onu nümayiş etdirir ki, NATO təhlükəsizliyi regional deyil, qlobal xarakter daşıyır. Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər isə Avropa üçün vacibdir".

Stoltenberq bildirib ki, Rusiyanın KXDR-in raket və nüvə proqramlarını dəstəkləməsi narahatedici məqamdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.