Dünya

Leysan Ankarada nəqliyyatın hərəkətini iflic etdi

8 İyun 2024 22:35
Baxış: 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 8-də güclü leysan Türkiyə paytaxtının müxtəlif rayonlarında nəqliyyatın hərəkətini iflic edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Ankaranın bir sıra məhəllələri, xüsusilə Sincan rayonunda yeraltı keçidlər və metro stansiyalarının girişləri, onlarla nəqliyyat vasitəsi su altında qalıb.

Şəhər bələdiyyəsinin işçiləri ekskavatorlarla sürücülərə və sərnişinlərə kömək etmək üçün əraziyə gəliblər.

Ankaranın bir hissəsində yerüstü ictimai nəqliyyatın və metronun hərəkəti dayandırılıb, paytaxtın digər rayonlarında uzun tıxaclar yaranıb.

Təbii fəlakət nəticəsində zərərçəkənlər barədə hələlik məlumat verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.