Dünya

Görünməz kosmik performans: Dörd planet bir sıraya düzüləcək

3 İyun 2024 14:19
Baxış: 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün 20-30 dərəcə sektorunda dörd planet yan-yana düzülərək kiçik parad təşkil edəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Moskva Planetarisinin metodiki təminat şöbəsinin rəhbəri Lyudmila Koşman məlumat verib.

"Bazar ertəsi Venera, Yupiter, Merkuri və Uran 20-30 dərəcə sektorunda yaxınlıqda olacaq. Lakin Günəşə yaxın olduğu üçün bu planetlərin görünməz kiçik paradıdır və Yerdən görünmür", - deyə Koşman bildirib və belə hadisələrin hər 20 ildən bir baş verdiyini qeyd edib.

Onun sözlərinə görə, bir-birinə yaxın olan dörd planetdən başqa Mars, Neptun və Saturn da Günəşin bir tərəfində olacaq.

İyunun əvvəlində onlara Ay da qoşulacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.