Dünya

Polşada prezidentin korteji hücuma məruz qaldı: Növbəti sui-qəsd cəhdi?

28 May 2024 16:03
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşada sərxoş kişi ölkə Prezidenti Andjey Dudanın korteji istiqamətində petarda (fişəng) atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə RMF24 radiostansiyası prezidentin təhlükəsizlik xidmətinin nümayəndəsi, polkovnik Boquslav Petrovskiyə istinadən məlumat verib.

Hadisə ötən gün yerli vaxtla saat 21 radələrində, dövlət başçısının korteji ölkənin qərbindəki Kşevata kəndindən keçərkən baş verib. Petrovski qeyd edib ki, fişəngin partlaması nəticəsində xəsarət alan olmayıb.

RMF24-ün məlumatına görə, fişəngi atan 39 yaşlı kişi hazırda nəzarət altındadır və daha sonra polis tərəfindən dindiriləcək.

Kişi özü hərəkətini "quşları qorxutmaq istədiyi" ilə izah edib.

Xatırladaq ki, daha əvvəl Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub və ona dəfələrlə odlu silahdan atəş açılıb. Ağır yaralanan nazir bir neçə dəfə əməliyyat olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.