Dünya

Daxili işlər nazirini Baş nazir təyin etdi

28 May 2024 07:25
Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina Prezidenti Xavyer Miley kabinetə yeni rəhbər təyin edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bu vəzifə daxili işlər naziri Gilyermo Frankosa həvalə edilib.

Bəyanatda qeyd olunub:

"Prezidentin Aparatı Nikolas Possenin Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən istefa verdiyini elan edir. Hökumət rəhbərliyinə daha çox siyasi çəki vermək üçün baş nazir postunu Gilyermo Frankos icra edəcək".

"La Nación" qəzetinin yazdığına görə, baş nazirin istefasına səbəb "hökumətin tərəqqisi və ona tapşırılan vəzifələrlə bağlı yanaşmalar və gözləntilərdə fərqlilik" olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.