Dünya

Paşinyanın müavini də Aşqabada getmədi

25 May 2024 08:20
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan iş qrafiki sıx olduğundan, MDB ölkələrinin Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında iştirak edə bilməyib. Səbəblər texnikidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan bildirib.

"Mən nümayəndə heyətini təmsil etmək tapşırığını aldım və buna görə də Minskdən uçdum. Bu, münasibətlərin hər hansı pisləşməsi ilə bağlı deyil", - deyə səfir qeyd edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Paşinyan və müavini Qriqoryanın bu iclasa qatılmaması, İrəvanın səfir səviyyəsində təmsil olunması müzakirələrə yol açıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.