Dünya

Qadın deputatlar arasında kirpik davası: Sədr belə susdura bilmədi

18 May 2024 13:32
Baxış: 1 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən sessiya üç qadın deputat arasında "saxta kirpik" davası ilə yadda qalıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, iclasda Respublikaçıların nümayəndəsi Marjorie Taylor Qrin, demokratik nümayəndə Alexandria Okasio-Kortez və qaradərili təmsilçi Jasmine Kroket arasında mübahisə yaranıb. Səbəb isə Qrinin Kroketə "Saxta kirpikləriniz oxumağınızı çətinləşdirir" deyərək ələ salması olub.

Qrinin sözlərinə sərt reaksiya verən Kroket bu sözlərin "irqçi" olduğunu və ondan üzr istəməli olduğunu bildirib.
Okasio-Kortez Qrinə cavab olaraq "Bu, qəbuledilməz və iyrəncdir. Bir insanın fiziki görünüşünü ələ salmağa necə cəsarət edirsiniz?" deyib.
Qrin daha sonra sözlərini geri götürüb, lakin üzr istəməyəcəyini bildirib.

Sessiya sədri Ceyms Komer cəhd eləsə də qadınları susdura bilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.