Dünya

Deputatlar yumruq davasına qalxdı: Parlamentdə XAOS

18 May 2024 10:16
Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvan parlamentində millət vəkilləri arasında parlament islahatları ilə bağlı kəskin mübahisələr baş qaldırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkənin yeni seçilmiş Prezidenti Lay Szin-tenin qanunvericilik çoxluğu olmadan vəzifəyə başlamasından bir neçə gün əvvəl, tayvanlı millət vəkilləri Nümayəndələr Palatasının islahatları ilə bağlı şiddətli mübahisələr zamanı bir-birilərini itələyərək dava ediblər, bir-birilərinə yumruq atıblar.

Deputatlar spikerin kreslosu ətrafında izdiham yaradıblar, bəziləri masaların üzərindən tullanaraq həmkarlarını yerə dartıblar.

Daha sonra hakim partiyanın üzvlərindən biri islahatlarla bağlı qanun layihəsinin qəbuluna mane olmaq üçün bülletenləri götürərək qaçıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.