Dünya

İsrail rəsmisi BMT kürsüsündə elə bir hərəkət etdi ki…

11 May 2024 21:10
Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Baş Assambleyada çıxışı zamanı təşkilatın Nizamnaməsini portativ aparatla doğrayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, buna Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünün yenidən müzakirə edilməsi səbəb olub.

Gilad Erdan bildirib ki, Fələstinin BMT-yə qəbul olunmasına səs verən digər ölkələr dünya təşkilatının Nizamnaməsini param-parça edirlər:

"Siz dağıdıcı səsinizlə BMT Nizamnaməsinə belə yanaşırsınız. Siz BMT Nizamnaməsini öz əllərinizlə parça-parça edirsiniz".

BMT Baş katibinin sözçünün müavini Farhan Haq Erdanın hərəkətləri ilə bağlı şərh verməkdən imtina edib, lakin İsrailin daimi nümayəndəsinin sənədin nüsxələrindən yalnız birini məhv etdiyini, BMT Nizamnaməsi və onun ideallarının toxunulmaz qaldığını qeyd edib.

Xatırladaq ki, mayın 10-da Baş Assambleya Fələstinin BMT-yə üzv olmaq hüququnu tanıyan və təşkilatdakı imkanlarını genişləndirən Təhlükəsizlik Şurasının qətnaməsini qəbul edib. Qətnamənin lehinə 143, əleyhinə 9 ölkə səs verib, 25 ölkə bitərəf qalıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.