Dünya

Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib

9 May 2024 07:37
Baxış: 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, ölkənin aparıcı müxalifət partiyası olan "Daxili Makedoniya İnqilab Təşkilatı - Makedoniya Milli Birliyinin Demokrati Partiyası"nın namizədi Qordana Silyanovska-Davkova mayın 8-də keçirilmiş prezident seçkilərinin ikinci turunda səslərin 99,75 %-ni emalından sonra 65,14 %-lə öndədir.

Ölkənin Dövlət Seçki Komissiyasının (DSK) verilənlərinə əsasən, seçicilərin 29,25 %-i "Makedoniya Sosial Demokrat İttifaqı"nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib.

Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirib, o, seçicilərə dəstəyə görə təşəkkür edib və "bu andan etibarən respublikanın bütün vətəndaşlarının prezidenti kimi" çıxış edəcəyini bəyan edib.

Xatırladaq ki, Balkan ölkəsində parlament seçkilərində müxalifət öndədir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory