Dünya

Çinlilər itləri boyayıb panda kimi "sırıdılar" - FOTO

8 May 2024 11:51
Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Tayçjou zooparkının sahibləri əlavə qazanc əldə etmək üçün insanların pandalara olan məhəbbətindən faydalanmaq qərarına gəliblər. Çau-çau cinsli iki it panda kimi rənglənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, müəssisə sahibləri əsl pandalar çox baha qiymətə olduğundan bu yola baş vurublar.

Beləliklə, bala "pandaları" görmək üçün təkcə ilk günlərdə on minlərlə tamaşaçı cəlb olunub.

Lakin yalan tezliklə üzə çıxıb və sakinlərin qəzəbinə səbəb olub. İnsanları ciddi şəkildə narahat edən əsas məsələ balaların boyama prosesində zərər görüb-görməmələri olub.

Zoopark işçiləri isə qeyd ediblər ki, bir çox insan özlərinə heç bir zərər vermədən saçlarını rəngləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.