Dünya

Bayden açıq şəkildə dedi ki, ABŞ ordusu... - Miller

7 May 2024 07:20
Baxış: 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden ABŞ qüvvələrinin Ukraynaya göndərilməsinin baş tutmayacağını açıqlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.

"Mən Konqres üzvünün bəyanatını şərh etməyəcəyəm, prezident açıq şəkildə bildirib ki, o, ABŞ qüvvələrini Ukraynaya döyüşməyə göndərməyəcək", - deyə Miller bildirib.

Qeyd edək ki, daha öncə Konqresin Nümayəndələr Palatasındakı demokratik azlığın lideri Hakim Ceffris ABŞ ordusunun Ukraynadakı münaqişədə iştirakını istisna etməyib. Onun sözlərinə görə, Kiyev məğlub olarsa, belə bir ssenari mümkündür və buna görə də Vaşinqton Ukraynanın çökməsinə imkan verə bilməz.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.