Dünya

Blinken: Putinin Ukrayna planı iflasa uğradı

29 Aprel 2024 16:26
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vladimir Putinin Ukraynanı xəritədən silib Rusiyanın tərkibinə daxil etmək planı iflasa uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

"Ukraynaya gəlincə, biz təkcə Avropada deyil, ondan kənarda da bir çox ölkəni birləşdirə bilmişik. Onlar bunun təkcə Ukraynaya deyil, həm də beynəlxalq sistemin bəzi fundamental prinsiplərinə qarşı təcavüz olduğunu etiraf edirlər", - o qeyd edib.

Blinkenin sözlərinə görə, bu çağırış cəzasız qalsa, o zaman hər yerdə potensial təcavüzkarlar buna diqqət yetirəcək və dünyada daha çox münaqişələr olacaq.

Dövlət katibi qeyd edib ki, koalisiya inanılmaz dərəcədə cəsarətli ukraynalılara təcavüzü dəf etməyə kömək edib: "İndi bu, davamlı səy və mübarizədir".

O bildirib ki, Ukrayna zamanla uğur qazana biləcək: "Hərbi, iqtisadi, demokratik baxımdan ölkənin güclü planı var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.