Dünya

Lavrov: Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır

19 Aprel 2024 16:38
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı qeyri-ardıcıl siyasət yürüdür.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mediaya müsahibəsində deyib.

S.Lavrov, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında balanslaşdırılmış irəliləyişi təmin etdiyini vurğulayıb. Əlavə edib ki, bu, bütün kommunikasiyaların bərpasına töhfə verib, lakin Qərb prosesə müdaxilə etməyə çalışır:

"İrəvanda 2022-ci ildə keçirilən sammitdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın sərhədlərini qorumaq üçün əlavə silahların verilməsinə dair sənədi razılaşdırıb, bu faktdır. Erməni nazirləri də daxil olmaqla bütün nazirlər bunu təsdiqlədilər. Lakin baş nazir Nikol Paşinyan sammitin açılış mərasimində dedi ki, konsensus baş tutmayıb".

O qeyd edib ki, İrəvan Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesində iştirakına, eləcə də Qarabağda yerləşən sülhməramlı korpusun roluna ədalətsiz yanaşır: "KTMT-nin məsuliyyət zonasını təyin etməli olduğunu söyləməzdən əvvəl Ermənistanın sərhədlərini müəyyənləşdirmək, delimitasiyanı başa çatdırmaq lazımdır. Hazırda da Ermənistan rəhbərliyi bununla fəal şəkildə məşğul olur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.