Dünya

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

19 Aprel 2024 12:20
Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kral III Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlər təqdim edib.

Qeyd olunub ki, rəsmi etiraf Harri və həyat yoldaşı, Sasseks hersoginyası Meqan Cənubi Kaliforniyadakı villaya köçdükdən dörd il sonra edilib. Bu, şahzadənin həyat yoldaşı ilə kral vəzifələrindən imtina etdikdən və ABŞ-də media ilə gəlirli sövdələşmələr bağladıqdan sonra Britaniyadan getdikcə uzaqlaşdığını vurğulayıb. O vaxtdan bəri Harri dəfələrlə kral ailəsini tənqid edib və onları şüursuz irqçilikdə ittiham edib.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.