Dünya

İsrail İranın hücumuna cavab verəcək?

15 Aprel 2024 12:55
Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail İranın hücumuna aprelin 15-də cavab verə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" öz mənbələrinə istinadla xəbər verib.

"ABŞ və Qərb rəsmiləri İsrailin İranın hücumlarına tez bir zamanda, bəlkə də, bazar ertəsi cavab verəcəyini gözləyirlər", - deyə məlumatda vurğulanıb.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqin tammiqyaslı münaqişə astanasında olduğu barədə xəbərdarlıq etmişdi.

Həmçinin, Pentaqon rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalanta Vaşinqtonun İsraili müdafiə etməyə hazır olduğunu bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.