Dünya

Netanyahu vaz keçdi

14 Aprel 2024 18:26
Baxış: 1 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığından sonra İrana cavab zərbəsindən vaz keçib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "New York Times" məlumat yayıb.

İsrail Nazirlər Kabinetinin bir neçə üzvü İrana hücumu vacib sayıblar. Lakin İranın hücumu nəticəsində ciddi ziyanın dəyməməsi, həmçinin ABŞ Prezident ilə danışıqlardan sonra Binyamin Netanyahu İrana zərbə endirməkdən vaz keçib.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 "Yer-Yer" tipli raket ilə hücum edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.