Dünya

UNİSEF-in avtomobili Qəzzanın girişində atəşə tutuldu

11 Aprel 2024 13:07
Baxış: 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİSEF) avtomobili Qəzza zolağının şimalına giriş etməyi gözləyərkən atəşə tutulub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə ofisinin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir.

"Aprelin 10-da Qəzzanın şimalına giriş üçün gözləyən UNİSEF avtomobili atəşə tutulub, atəş döyüş patronları ilə həyata keçirilib", - fondun ofisindən bildirilib.

İnsidentlə bağlı məlumat İsrail hökumətinə çatdırılıb. Avtomobildə olan insanların sayı və dəymiş ziyanın həcmi barədə məlumat verilməyib.

"Təəssüf ki, humanitar təşkilatların işçiləri həyati vacib yardımı çatdırarkən ölüm riskləri ilə üzləşməyə davam edir", - UNİSEF-in regional ofisindən qeyd edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.