Dünya

Asiyanın ən zənginləri bu şəhərdə yaşayır: Milyarderlərin yeni paytaxtı

27 Mart 2024 21:59
Baxış: 1 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Mumbai şəhəri 92 milyarderlə Asiyanın yeni "varlılarının paytaxtı" olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qərargahı Şanxayda yerləşən Hurun Araşdırma İnstitutuna əsaslanan Nikkei Asia mətbuat təşkilatının hesabatına görə, Mumbai 92 milyarderlə Pekini geridə qoyub və Asiya qitəsinin ən çox milyarderinin yaşadığı şəhər olub.

İnstitutun hesabatına görə, Nyu-Yorkda 119 milyarder, Londonda isə 97 milyarder olduğu halda, Mumbai 92 milyarderlə dünya üzrə üçüncü yerdədir.

Hindistanda cəmi 271 milyarder var, Mumbai iqtisadiyyatı 2023-cü ildə 7,5 faiz artıb.

Ölkə bazlı qiymətləndirmələrdə Çin 814 milyarderlə siyahının başında olarkən bu rəqəmin 2022-ci ilə nisbətən 155 nəfər azaldığı müşahidə edilib.

ABŞ 800 milyarderlə ölkənin milyarderlər siyahısında ikinci yerdədir.

ABŞ iqtisadiyyatında süni intellekt və informatika sektorları aparıcı yer tutur.

ABŞ çip istehsalçısı "Nvidia"nın baş icraçı direktoru (CEO) Jensen Huang 48 milyard dollarla siyahıda ilk 30-luğa daxil olarkən, "Google", "Meta" və "Microsoft" sahiblərinin sərvətində də "ciddi artım" müşahidə edilib.

Texnologiya sektorunda sərvət artımı ilə yanaşı, ABŞ müğənnisi Taylor Sviftin də sərvətinin 1,2 milyard dollara yüksəlməsi diqqət çəkib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory