Dünya

"Linkedİn"də parolları oğurladılar - YENİLƏNİB

7 İyun 2012 15:02
0 Şərh     Baxış: 494
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
15:02

ABŞ-ın "Linkedİn" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin bir qisminin parollarının oğurlandığını təsdiqləyib.

Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, Rusiyadakı internet-forumlardan birində "Linkedİn" sosial şəbəkəsinin 6,5 milyon istifadəçisinin parollarının yer aldığı fayl yerləşdirilib.

Parollar haker hücumu nəticəsində oğurlanıb.

Sosial şəbəkənin direktoru Vinsent Silveranın dediyinə görə, parolları oğurlanmış istifadəçilər parolları dəyişməklə bağlı təlimat alacaqlar.

İşgüzar əlaqələrin axtarışı və yaradılması üçün istifadə olunan "Linkedİn" sosial şəbəkəsinin dünyada 150 milyon istifadəçisi var.

---------
12:42

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 6 milyon istifadəçinin şifrələri yayılıb.  

Hakerlər bu şifrələri Rusiyanın internet forumunda yayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.