Çıxışıları zamanı müxtəlif səhvlərə yol verən ABŞ Prezidenti Co Bayden Nevada ştatında seçki kampaniyası üçün keçirilən ianə toplantısında danışarkən Finlandiya və Norveçi qarışdırıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçinin nitqindən bir hissə ABŞ Respublikaçılar Partiyasının X sosial şəbəkəsində dərc olunub.
ABŞ lideri çıxışında 2023-cü ilin noyabrında ölkənin keçmiş dövlət katibi Henri Kissincerlə Rusiya və NATO haqqında necə danışdığını təsvir edib.
"O deyib ki, biz NATO-nu heç vaxt olmadığı kimi gücləndiririk. Biz Avropanı birləşdirdik, NATO və onun sərhədlərini İsveç və Norveçi də əhatə edəcək şəkildə genişləndirdik. O, sonra dedi ki, bu, dünyanı dəyişdi", - Bayden onun sözlərini yanlışlıqla xatırlayıb.
Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün eyni vaxtda ərizə təqdim ediblər. Eyni zamanda, Norveç NATO-nun təsisçi ölkələrindən biri olub və uzun onilliklər ərzində təşkilatın üzvüdür. Norveç 1949-cu ildə yarandığı gündən alyansın üzvüdür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun